• cümə, 19 Aprel, 16:20
  • Baku Bakı 25°C

Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam edir - Fotolar

04.06.16 10:44 1476
Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam edir - Fotolar
Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam etdirilir. İqtisadiyyat Nazirliyinin mətbuatxidmətindən "Kaspi"yə bildirilib ki, artıq sənaye parkının xarici elektrik və qaz, fiber optik kabel, yağış, içməli, texniki, kimyəvi, tullantı, yanğına qarşı su xətlərinin çəkilişi işləri başa çatıb. Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, sənaye parklarının kommunikasiya xətləri qalereya vasitəsi ilə çəkilib.

Sənaye parkının ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə mərkəzi, dairəvi və ara yollar salınır. Hazırda parkın əsas giriş yolunun tikintisi işlərinin 95%-i, daxili avtomobil yollarının 20%-dək hissəsi yerinə yetirilib. Nəqliyyat xətləri parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək.
Parkın Sosial zonasında yerləşən Peşə Tədris Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Hazırda binanın üzlənməsi və təmiri işləri aparılır.

Tikinti-quraşdırma işlərinə paralel olaraq Sumqayıt Kimya Sənaye Parkına yeni ayrılmış 127,96 hektar ərazidə aparılan söküntü və düzənlənmə işləri başa çatmaq üzrədir. Bu işlər tam başa çatdıqdan sonra burada yeraltı və yerüstü infrastrukturun tikinti-quraşdırma işlərinə başlanılacaqdır.












banner

Oxşar Xəbərlər