• cümə, 19 Aprel, 21:35
  • Baku Bakı 24°C

Sumqayıt iki hissəyə bölünə bilər

07.10.13 09:36 2733
Sumqayıt iki hissəyə bölünə bilər
Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti şəhərin iki hissəyə bölünməsini istəyir. Ölkənin üçüncü böyük şəhərinin gələcəyi ilə bağlı planlar haqda «APA-Economics»ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev danışıb.
Onun sözlərinə görə, bu təklif iqtisadi cəhətdən əsaslandırılmadığı üçün qəbul olunmayıb: «Sumqayıt şəhər İcra Hakimiyyəti bir növ Gəncə şəhərinin modelini burada tətbiq etmək istəyir. Onlar belə bir təklif edirlər, lakin bu, ölkənin Baş Planına daxil edilməyib. Sumqayıtın bölünməsi təklifi iqtisadi baxımdan əsaslandırılmalıdır və bu işlə Milli Məclisin Regional məsələlər Komitəsi məşğul olmalıdır».
Eyni zamanda Komitə rəsmisi istisna etməyib ki, müəyyən müddətdən sonra Sumqayıtla bağlı hər hansı bir sifariş veriləcək və Sumqayıt şəhərinin baş planı hazırlanacaq: «Bunun üçün Böyük Bakının Regional İnkişaf Planında Sumqayıt şəhərinin müəyyən konturları cızılmalıdır, regional sxemdə inzibati sərhədlər dəqiqləşdirilməlidir. Əgər biz Sumqayıtın ərazisini nisbətən böyütməli olsaq, bu regiona daxil olan Abşeronun ərazisini məhdudlaşdıracağıq».
banner

Oxşar Xəbərlər