• cümə, 19 Aprel, 04:02
  • Baku Bakı 18°C

Sumqayıt, Gəncə və Abşeronda 8000-dən çox uşaq I sinfə qəbul edilib

12.03.18 12:40 632
Sumqayıt, Gəncə və Abşeronda 8000-dən çox uşaq I sinfə qəbul edilib
Sumqayıt, Gəncə şəhərləri və Abşeronda rayonunda məktəbəhazırlıq qruplarındakı 8000-dən çox uşaq avtomatik I sinfə qəbul üzrə qeydə alınıb.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, bu, həmin şəhərlər və rayon üzrə I sinfə gedəcək şagirdlərin 60 faizi deməkdir.
Məktəbəhazırlıq qrupunda təhsil alan uşaqlar üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim də avtomatik seçilib.
Qeyd edək ki, bu gündən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt vəGəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsininwww.mektebeqebul.edu.azsaytında qeydiyyatı yolu ilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı 12 martdan 15 sentyabradək davam edəcək.
banner

Oxşar Xəbərlər