Sumqayıt DYP-nin rəisi işdən çıxarıldı

Sumqayıt DYP-nin rəisi işdən çıxarıldı

Kriminal
10 Oktyabr 2012, 15:37 3371
Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyi ağır cəzalandırılıb. Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində şöbənin fəaliyyətində xeyli nöqsanlar aşkar edilib. Bundan sonra isə Sumqayıt şəhər DYP-nin rəisi Azad Camalov və daha bir neçə polis zabiti işdən çıxarılıb. A.Camalov və digərləri sərəncama göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbəri təsdiqlədilər. Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsində yoxlama aparılıb. Yoxlamanın nəticəsinə əsasən şöbənin rəisi də daxil olmaqla rəhbərlikdə təmsil olunan 4 polis zabiti işdən çıxarılıb.