AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı müraciət təmin edilmədi

Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı müraciət təmin edilmədi

Cəmiyyət
23 Fevral 2020, 17:21 562
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizəd Mehriban Mirzəliyevanın müraciətində həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.
MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.
Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DSK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib.