• çərşənbə axşamı, 23 aprel, 20:57
  • Baku Bakı 20°C

Şumaxerlə görüşdü, səhhəti barədə danışdı

20.07.20 13:30 851
Şumaxerlə görüşdü, səhhəti barədə danışdı
"Ferrari”nin sabiq idman direktoru Jan Todt Mixael Şumaxerlə görüşüb.
Kaspi.az xəbər verir ki, Jan əfsanəvi pilotun sağlıq durumu barədə məlumat verib. O, "Şumaxeri tarixin ən yaxşı pilotu heseab edirsinizmi” sualına isə ehtiyatlı cavab verib:
"Ötən həftə Şumaxeri gördüm. Ümid edirəm ki, dünya onu yenə də görə biləcək. Hazırda özü və ailəsi məhz bunun üçün səylə mübarizə aparır.
Mən Mixaelə pərəstiş edirəm. Ammma onu birmənalı olaraq dünyanın ən yaxşısı adlandırmaq olmaz. Xuan Manuel Fanxio, Cim Klark, Ayrton Senna da var. Belə olan halda kimin hansı dövrdə ən yaxşı olduğu haqda danışmaq mümkündür.
Onu da başa düşürəm ki, Luis Hemilton Şumaxerin rekordunu yeniləyə bilər. Bunun üçün onun hər cür imkanı var”.
Jan Todt "Ferrari”də 1993-2007-ci illərdə çalışıb. Məhz həmin ərəfədə Şumaxer 7 dəfə çempionluq qazanıb.
banner

Oxşar Xəbərlər