• şənbə, 20 Aprel, 08:20
  • Baku Bakı 14°C

Şumaxer sağalır

31.07.19 11:37 3505
Şumaxer sağalır
"Formula -1”-in yeddiqat çempionu Mixael Şumaxerin səhhəti qaydasına düşür.
Kaspi.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti, Şumaxerin dostu Jan Todt məlumat verib. O, Şumaxerin səhhətində ciddi irəliləyiş olduğunu bildirib:
"Belə məsələlərdə olduqca ehtiyatlıyam. Ancaq bu, düzdür. Şumaxer bərpa olunur.
Onun İsveçrədəki evində yarışı televizor vasitəsi ilə birgə izlədik. O, etibarlı əllərdədir. Ona evdə yaxşı baxırlar.
Şumaxer təslim olmur və mübarizə aparır. Mən də, onun ailəsi də nikbinik”.
Şumaxer 2013-cü ilin dekabrında dağda xizək sürərkən yıxılıb və başından ağır zədə alıb.
banner

Oxşar Xəbərlər