• cümə, 19 Aprel, 02:52
  • Baku Bakı 18°C

Sulu qar, qar və güclü şimal küləyi...

10.12.13 11:49 1423
Sulu qar, qar və güclü şimal küləyi...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, axşam havanın tutqun, gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Şimal küləyi güclənəcək. Havanın temperaturunun gecə 3-5 dərəcə, günün birinci yarısında 6-8 dərəcə, günün ikinci yarısında 1-3 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 11-də günün ikinci yarısında şimal və qərb rayonlarında, axşam isə şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək arabir güclənəcək.
Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər