• cümə axşamı, 25 aprel, 10:05
  • Baku Bakı 14°C

Sülh Platformasının Rusiya üzrə sülh səfiri təyin edilib

12.05.17 16:00 1505
Sülh Platformasının Rusiya üzrə sülh səfiri təyin edilib
Bu gün Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatorları Süzan Caginyan və Orxan Nəbiyev Sülh Platformasının üzvü olan Udmurtiya Respublikasının (Rusiya Federasiyası) deputatı Elgiz Haciyev arasında görüş keçirilib.
Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, görüşdə Sülh Platformasının gələcək planları müzakirə olunub. O. Nəbiyev Sülh Platformasının cari fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat verib. Sülh Platformasının Ermənistandan olan həmkoordinatoru E. Hacıyevə Sülh Platforması ilə əməkdaşlığa görə minnətdarlığını bildirib. Görüş zamanı Sülh Platforması iləümumi əməkdaşlığına dair razılıq əldə olunub. E. Hacıyev Platformanınfəaliyyətini dəstəklədiyini, bu sahədə öz imkanlarını səfərbər edəcəyini vurğulayıb.
Görüşün sonunda həmkoordinatorlar E. Haciyevı Sülh Platformasının Rusiya Federasiyası üzrə "Sülh səfiri” elan ediblər.
banner

Oxşar Xəbərlər