"Sülh Çeşməsi" çərçivəsində əməliyyat-axtarış tədbirləri gücləndirilib
"Sülh Çeşməsi” əməliyyatı
bölgəsində olan nəzarət-buraxılış məntəqələrində minalanmış nəqliyyat vasitələrinin
keçməsinin qarşısını almaq üçün geniş əməliyyat-axtarış tədbirləri həyata
keçirilir.
Türkiyə Milli Müdafiə Nazirliyinin "twitter" səhifəsində yayılan açıqlamada, "Qəhrəman əsgərlərimiz suriyalı qardaşlarımızın əmin-amanlığını, təhlükəsizliyini təmin etmək və PKK/YPG və İŞİD terrorçularına məxsus minalanmış nəqliyyat vasitələrinin girişinə mane olmaq üçün üçün 41 nəzarət buraxılış məntəqəsində 24 saat əməliyyat-axtarış tədbirləri həyata keçirirlər”, - deyə bildirilib.

Açıqlamada belə qeyd edilib ki, "Sülh Çeşməsi" əməliyyatının həyata keçirildiyi bölgədə qurulan nəzarət-buraxılış məntəqələrində bütün avtomobillərin şassi və mühərrik nömrələri qeydə alınaraq hər bir nəqliyyat vasitəsinin rahat şəkildə
tanınması təmin edilir: "Bundan əlavə nəzarət buraxılış məntəqələrindən
keçən şəxslərin də məlumatları yoxlanılaraq bütün fəaliyyətlər kamera nəzarət
vasitələri ilə qeydə alınır. Nəqliyyat vasitələrinin yoxlanması zamanı qabaqcıl
elektron cihazların istifadəsi ilə yanaşı, bomba və narkotik axtaran itlərin
xidmətlərindən də səmərəli şəkildə istifadə edilir. Yerli xalqın dilini bilən əsgərlərimiz onların gündəlik həyatına təsir etmədən suriyalı qardaşlarımızın da dəstəyini
alaraq nəzarət-buraxılış məntəqələrində fəaliyyətlərini davam etdirir”.
Kaspi.az