• cümə, 19 Aprel, 23:14
  • Baku Bakı 24°C

“Sülh çeşməsi”nin məqsədi bölgəyə sülh və sabitlik gətirməkdir

19.10.19 18:38 1265
“Sülh çeşməsi”nin məqsədi bölgəyə sülh və sabitlik gətirməkdir
Rumıniyanın paytaxtı Buxarestdə "Yaxın Şərqdə dialoq və əməkdaşlıq: geosiyasi və geoiqtisadi baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Rumıniya, Türkiyə, Macarıstan, İtaliya, Çin, Rusiya, İran, Livan və Suriyadan olan qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirak etdikləri tədbirdə Yaxın Şərqdəki münaqişələr müzakirə olunub.
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar VəqfindənAZƏRTAC-a bildiriblər ki, qurumun sədri, professor Akkan Suver konfransda çıxış edərək Türkiyənin sərhədlərində baş verən proseslərə, o cümlədən Yaxın Şərqdəki münaqişələrə, Aralıq dənizində karbohidrogen ehtiyatlarının axtarışına, Kipr probleminə, Suriya böhranına, həmçinin ölkəsinin qarşılaşdığı terror hücumlarına, eləcə də "Sülh çeşməsi” antiterror əməliyyatına toxunub.
A.Suver diqqətə çatdırıb ki, Türkiyə xarici siyasətini Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh!” şüarı əsasında beynəlxalq hüquq normaları çərçivəsində qurub və məqsədi təhlükəsizliyini təmin etmək, qonşu ölkələrin ərazi bütövlüyünə hörmət bəsləməklə insanların rifahını yaxşılaşdırmaqdır. "Sülh çeşməsi” antiterror əməliyyatının da məqsədi bölgəyə sülh, sabitlik və inkişaf gətirməkdir.
banner

Oxşar Xəbərlər