“Sülh çeşməsi” əməliyyatında indiyədək 18 dinc sakin həyatını itirib

“Sülh çeşməsi” əməliyyatında indiyədək 18 dinc sakin həyatını itirib

Təfsilat
13 Oktyabr 2019, 17:32 100
Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində apardığı "Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı davam edir.
 
AZƏRTAC xəbər verir ki, hərəkatın başladığı gündən indiyədək terrorçular tərəfindən atılan raketlər nəticəsində 18 dinc sakin həlak olub, 100-dən artıq adam yaralanıb. Həyatını itirənlərin on biri Nusaybin, üçü Suruç, ikisi Akçakale, ikisi isə Ceylanpınar rayonlarının sakinidir. Ölənlər arasında uşaqlar da var.
 
Beş gün ərzində terrorçular tərəfindən Türkiyənin yaşayış ərazilərinə 300-dən artıq raket atılıb.
 
Son məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri Suriyanın Tel Abyad şəhərinin mərkəzinə daxil olub.
Antiterror əməliyyatı zamanı indiyədək 480 terrorçu zərərsizləşdirilib.