• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Süleymanov Rusiya futbolunun tarixinə düşdü

28.07.17 10:20 983
Süleymanov Rusiya futbolunun tarixinə düşdü
Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmasında "Krasnodar” Danimarkanın "Lyunqbyu” klubuna 2:1 hesabı ilə qalib gəlib.
"Krasnodar”ın qələbə qolunu Maqomed-Şapi Süleymanov vurub. Kaspi.az xəbər verir ki, bu qol Süleymanovu keçmiş SSRİ və Rusiya futbolunun tarixinə salıb.
O, avrokuboklarda qol vuran ən gənc futbolçu olub. Süleymanov 17 yaş, 224 günlüyündə fərqlənib. Hücumçu keçmiş SSRİ yığmasının və "Spartak”ın sabiq futbolçusu Sergey Radionovun rekordunu yeniləyib.
Radionov 1980-ci ildə "Jeness” - "Spartak” oyununda (0:5) 18 yaş, 16 günlüyündə fərqlənmişdi.
banner

Oxşar Xəbərlər