• çərşənbə, 24 Aprel, 11:59
  • Baku Bakı 13°C

Süleymanov Çerçesovla görüşdü

29.07.19 15:24 6471
Süleymanov Çerçesovla görüşdü
Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanov Rusiyada səfərdə olub.
Kaspi.az xəbər verir ki, Süleymanov "Matç” telekanalının dəvəti ilə Rusiyaya gedib. O, Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçirilən "Arsenal” - "Neftçi” oyunu ilə bağlı fikirlərini bildirib. Verilişdə Andrey Arşavin də iştirak edib.
Süleymanov təkcə bununla kifayətlənməyib. O, fürsətdən istifadə edərək Rusiya Futbol İttifaqında olub. Bu barədə "Kaspi”yə Süleymanov özü məlumat verib. Nazim müəllim İttifaqda Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesovla görüşüb:
"Çerçesovla söhbətdə bir sıra məqamları müzakirə etdik. "Arsenal” - "Neftçi” oyunu ilə bağlı fikirlərimizi bildirdik. Bundan savayı həm Azərbaycan, həm də Rusiya futbolunun hazırkı durumu ilə bağlı müzakirə apardıq. Problemləri sadaladıq, inkişaf yolları, uşaq futbolunun durumu ilə bağlı fikrilərimizi bildirdik.
Hər iki ölkənin futbol ictimaiyyəti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin yolları barədə düşüncələrimizi bölüşdük. Hesab edirəm ki, Rusiya və Azərbaycanın futbol nümayəndələrinin görüşməsi ikitərəfli əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Düşünürəm ki, belə görüşlər intensiv olmalıdır”.
banner

Oxşar Xəbərlər