Süleymanov Buzovna qəsəbəsində futbol ictimaiyyəti ilə görüşdü
Yeni yaradılan
Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri
futbol ictimaiyyəti ilə görüşləri davam
etdirirlər.
Növbəti belə
görüş Buzovna qəsəbəsində keçirilib. Bu barədə "Kaspi” qəzetinə Nazim
Süleymanov məlumat verib. O bildirib ki, Buzovna qəsəbəsinin futbol ictimaiyyətinə
təşkilat barədə məlumat verilib: "Buzovna qəsəbəsi müstəqil Azərbaycanın futbol
tarixində ilk illərdən təmsil olunub. Bu qəsəbənin "Xəzri” komandası Azərbaycan
çempionatında iştirak edib. Özü də uğurla çıxış edib. Qəsəbədə xeyli futbol
veteranı var. Üstəlik, burda futbolu sevən insanlar da yetərincədir. Ona görə də
Buzovna qəsəbəsində futbol ictimaiyyətinin geniş kontingenti cəmləşib.
Biz bu
kontingentlə görüşməyə borclu idik. Onlara təşkilatın məram və məqsədi, gələcək
planlarımız barədə geniş məlumat verdik”.
Süleymanov
bildirdi ki, Buzovna qəsəbəsinin futbol ictimaiyyəti ilə səmərəli müzakirə
aparıblar: "Çox təəssüf ki, hazırda Buzovnanın da futbol veteranları, ümumiyyətlə,
futbol ictimaiyyətinin nümayəndələri futbol sahəsindən kənarda qalıblar.
Onların futbola öz baxışları, yanaşma tərzləri, Azərbaycanda futbolun inkişafı
və təbliği ilə bağlı dəyərli fikirləri var. Görüşdə bu fikirləri dinlədik.
Buzovnanın futbol ictimaiyyəti yeni yaradılan təşkilat barədə də fikirlərini
bildirdilər, onun fəaliyyətini necə görmək istədikləri ilə bağlı təkliflərini səsləndirdilər.
Heç şübhəsiz, təşkilatın gələcək fəaliyyətində bu təkliflər mütləq nəzərə
alınacaq”.
Süleymanov
bildirdi ki, belə görüşləri davam etdirəcəklər.
Qeyd edək ki, Azərbaycan Futbol
İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki görüşləri Gəncə
və Masallıda olmuşdu.
Onu da
vurğulayaq ki, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının
nümayəndələri ilə AFFA-nın baş katibi Elxan Məmmədov da görüşüb. Federasiyanın
mənzil-qərargahında baş tutan yığıncaqda bir sıra tanınmış futbol veteranları
iştirak edib. Baş katib Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının
yaradılmasının və fəaliyyət göstərməsinin tərəfdarı olduqlarını bildirib. O, bu
yöndə AFFA-nın təşkilata hər cür dəstək göstərəcəyini də vurğulayıb: "AFFA hər
kəsi dinləməyə və kömək etməyə hazırdır. Azərbaycan Futbol İctimaiyyətinin Azad
Həmkarlar İttifaqı haqda fikirlərim müsbətdir. Mən əminəm ki, bu İttifaq
futbolun inkişafı üçün mühüm işlər görəcək. Potensialınız böyükdür”.