• cümə, 19 Aprel, 06:03
  • Baku Bakı 13°C

Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib - FOTOLAR

25.05.16 12:24 2075
Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib - FOTOLAR
Azərbaycan Texniki Universitetində (AzTU) Əməkdar İncəsənət xadimi, xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəmin 110 illik yubileyi keçirilib. AzTU mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, yubileydə şairin ailə üzvləri, tanınmış ictimai şəxslər, elm adamları və incəsənət nümayəndələri iştirak ediblər. Tədbirdə Süleyman Rüstəm yaradıcılığının ədəbiyyatımıza, poeziyamıza verdiyi töhfələrdən danışılıb. Çıxış edənlər şairin sovet dövründə ədəbi mühitin formalaşdırılmasında, dirçəlməsində göstərdiyi xidmətlərdən söz açıblar. Bildirilib ki, şairin Cənub həsrətindən yoğurulan şeirləri, poemaları, qəzəlləri ədəbiyyatımızda xüsusi rol oynayır.

AzTU-nun rektoru, professor Havar Məmmədov çıxışında müasir dövr poeziyasını yaradanlardan biri olan xalq şairi Süleyman Rüstəmin Vətənə, xalqa olan məhəbbətindən danışıb və qeyd edib ki, şairin yaradıcılığına bugünkü gənclər də xüsusi həssaslıqla yanaşırlar.

Sonra Azərbaycan Könüllü Kitabxana Birliyi tərəfindən AzTU-nun rektoru, professor Havar Məmmədova fəxri fərman təqdim olunub.

Yubiley tədbiri Süleyman Rüstəmin sözlərinə bəstələnmiş mahnıların ifası ilə davam etdirilib.

Tədbirin sonunda şairin oğlu Azad Rüstəmov atası haqqında deyilən xoş sözlərə görə bütün çıxış edənlərə və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.





banner

Oxşar Xəbərlər