AZE | RUS | ENG |

“Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüş

“Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüş
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Suez Group” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebali ilə görüşü olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Erik Gebali "Suez Group”un Azərbaycanda su infrastrukturunun inkişaf etdirilməsi sahəsində fəaliyyətindən və ölkəmizlə əməkdaşlığın uğurlu olmasından danışdı. O, Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi.

Prezident İlham Əliyev "Suez Group” ilə əməkdaşlıq çərçivəsində görülən işlərin əhəmiyyətini vurğuladı, şirkətlə əməkdaşlığın ölkəmizdə su infrastrukturunun daha da təkmilləşdirilməsinə böyük töhfə verdiyini qeyd etdi.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202