Sudanda fövqəladə vəziyyət elan edilib
Sudan prezidenti Ömər əl-Bəşir ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib.
Trend-in məlumatına görə, prezident həmçinin hökumətin buraxıldığını da bildirib.
"Bütün ölkə ərazisində bir illik fövqəladə vəziyyət elan olunur. Milli Həmrəylik Hökuməti, bütün ştatlarda yerli hökumət orqanları buraxılır”, - deyə o bildirib.