• çərşənbə, 24 Aprel, 16:44
  • Baku Bakı 27°C

Sudanda etiraz aksiyaları zamanı 16 nəfər ölüb

13.04.19 09:45 350
Sudanda etiraz aksiyaları zamanı 16 nəfər ölüb
Sudanda son iki gün ərzində etiraz aksiyaları zamanı azı 16 nəfər həlak olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "əl-Hədəs" telekanalı xəbər verir.
Telekanalın məlumatına əsasən, ölüm hallarının hamısı ölkənin paytaxtı Xartumda qeydə alınıb.
Qeyd edək ki, Sudanda etiraz aksiyaları 2018-ci ilin dekabr ayından davam edir. Etirazlar çörəyin və digər məhsulların qiymətinin qalxması ilə əlaqədar başlayıb.
Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib. Bundan əlavə o qeyd edib ki, ölkədə 2005-ci ilin konstitusiyası artıq qüvvədə deyil və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edilir.

banner

Oxşar Xəbərlər