• cümə, 29 Mart, 15:43
  • Baku Bakı 14°C

Sudan səfiri Əhliman Əmiraslanovla görüşdü

26.02.14 14:00 1126
Sudan səfiri Əhliman Əmiraslanovla görüşdü
Bu gün Sudan Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub. ATU rektoru, akademik Əhliman Əmiraslanov Sudanın fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haqqı qəbul edib.
Millət vəkili, akademik Əhliman Əmiraslanov görüş zamanı Tibb Universitetinin fəaliyyəti, fakültələri, son illər istifadəyə verilmiş klinikaları haqqında məlumat verdi. Cənab səfir Mohamed əl-Haq isə öz növbəsində Tibb Universitetinin fəaliyyətini izlədiyini, bu ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlərlə bağlı Sudanda da məlumat verəcəyini bildirdi. Səfir öz qızının da ATU-nun II müalicə-profilaktika fakültəsində təhsil aldığını, buradakı təhsilin səviyyəsindən məmnun qaldığını bildirdi.
Görüş zamanı tərəflər Tibb Universiteti ilə Sudan arasında tələbə mübadiləsinin reallaşdırılmasının vacibliyindən də danışdılar, bu haqda ilkin razılıq əldə olundu. Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru İbrahim İsayev, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rəhimə Qabulova, Xarici tələbələrlə iş üzrə dekan Gülər Seyidova, Dekan müavini Niyazi Hacıyev iştirak ediblər.
banner

Oxşar Xəbərlər