• cümə axşamı, 18 aprel, 20:30
  • Baku Bakı 21°C

Süd vəzi xərçəngi Azərbaycanda yayılma dərəcəsinə görə xərçəng xəstəlikləri arasında ikinci yeri tutur

26.09.17 11:45 1074
Süd vəzi xərçəngi Azərbaycanda yayılma dərəcəsinə görə xərçəng xəstəlikləri arasında ikinci yeri tutur
Dünyada hər 8 qadından biri süd vəzi xərçəngidən əziyyət çəkir. İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyindənAPA-ya verilən xəbərə görə, bu xəstəlik Azərbaycanda yayılma dərəcəsinə görə xərçəng xəstəlikləri arasında ikinci yeri tutur.
Qeyd olunub ki, süd vəzisi xərçənginin erkən aşkarlanmasının əsasını ixtisaslı həkim müayinələrindən keçməktəşkil edir. Qadınların belə müayinələrdən keçmə tezliyi yaşa uyğun dəyişkəndir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2 -15 oktyabr tarixlərində icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda süd vəzisinin xərçəngi xəstəliyi üzrə sağlamlıq həftələri keçirəcək. 2 həftə ərzində sakinlərə tibbi müayinələr və ixtisaslı həkimlər tərəfindən konsultasiyaların verilməsi nəzərdə tutulub.Mingəçevir şəhərində fəaliyyət göstərən 2 Ailə Sağlamlıq Mərkəzi və Yevlaxda fəaliyyət göstərən 5 Ailə Sağlamlıq Mərkəzi qadınları müayinələrdən keçməyə dəvət edir.
banner

Oxşar Xəbərlər