• çərşənbə axşamı, 16 aprel, 08:12
  • Baku Bakı 14°C

Subsidiyaların kəskin artırılması məhsul istehsalının inkişafına töhfə verəcək

10.09.19 13:15 554
Subsidiyaların kəskin artırılması məhsul istehsalının inkişafına töhfə verəcək
Azərbaycanda sahibkarlığın və biznes mühitinin yaxşılaşdırılması üçün inanılmaz işlər görülüb. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyası genişləndirilir, xarici ölkələrdə ticarət evləri açılır. Bütün bunların nəticəsidir ki, ölkəmizə daha çox valyuta gəlir, sahibkarlar böyük qazanclar əldə edir, çünki Prezident İlham Əliyev ölkədə sahibkarlar üçün əlverişli biznes mühiti yaradıb, dövlət bu sahəyə xüsusi güzəştlər tətbiq edib, sahibkarlara, fermerlərə uzunmüddətli kreditlər verilib...
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov"PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah"videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, sahibkarlar da daim dövlətdən asılılıq ummamalıdırlar:
"Biz özümüz də öz məsuliyyətimizi dərk etməliyik. Biz Prezidentin sahibkarların bütün problemlərinin həlli üçün dövlət orqanları qarşısında qoyduğu tələblərin icrasını, ictimai rəyin, biznes mühitinin formalaşması üçün atdığı bütün addımları dəstəkləyirik. Bu gün dünyanın ən böyük sərgilərində "Made in Azerbaijan” brendi altında vahid pavilyon şəklində iştirak edirik. Təbii ki, bizim üçün yaradılmış bu şəraitdən tam olaraq istifadə etməyi qarşıya məqsəd qoymuşuq".
F.Qaraşov qeyd edib ki, Azərbaycanda məhsulların keyfiyyəti ildən-ilə artır. Onun fikrincə, kənd təsərrüfatı məhsulları üçün subsidiyaların məbləğinin kəskin artırılması da birbaşa olaraq bu məhsulların istehsalının inkişafına öz töhfəsini verəcək:
"Bunların da hamısı möhtərəm Prezidentin yürütdüyü siyasətə bağlıdır. Bizim hər birimiz sahibkarlar üçün yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk".
banner

Oxşar Xəbərlər