• çərşənbə axşamı, 19 mart, 08:04
  • Baku Bakı 8°C

‘’Şübhəsiz Metamorfoz’’ fransız oxuculara təqdim olunub

20.05.19 09:15 664
‘’Şübhəsiz Metamorfoz’’ fransız oxuculara təqdim olunub
Fransada fəaliyyət göstərən ‘’Kapaz’’ nəşriyyat evinin fransız dilinə tərcümə etdiyi və bu ölkədə yenicə nəşr etdiyi Çingiz Abdullayevin ‘’Şübhəsiz Metamorfoz’’ kitabının Strasburqda təqdimat mərasimi keçirilib.
Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyindən Trend-ə verilən məlumata görə, müəllifin iştirakı ilə keçirilmiş bu mərasim çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevin Fransadakı oxucuları ilə görüşü təşkil edilib. Tədbir iştirakçıları arasında Strasburq universitetinin professor heyətinin üzvləri, Avropa institutları əməkdaşları, yerli ictimaiyyət təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri olublar.
Təqdimat mərasiminin moderatoru vəkil və professor Tyeri Edmond tədbir haqqında məlumat verdikdən sonra açılış sözü ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov çıxış edib. Fəxrəddin İsmayılov ilk əvvəl ‘’Kapaz’’ nəşriyyat evinin Azərbaycan ədəbiyyatının fransızdilli oxuyuculara tanıdılması sahəsində həyatı dəyərli fəaliyyəti təqdir edib və Xalq yazıçısı Çingiz Abdullayevin növbəti kitabının Fransada nəşrinin qürur və sevinc mənbəyi olduğunu qeyd edərək, onun Azərbaycanın dünya miqyasında tanıdılmasına verdiyi önəmli dəstək və töhfədən bəhs edib. Çingiz Abdullayevin zəngin tərcümeyi-halı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş moderator Tyeri Edmond daha sonra yazıçıya onun yaradıcılığının müxtəlif aspektləri barədə suallar verib. İnteraktiv müsahibə formatında keçirilmiş bu təqdim mərasimi iştirakçılar tərəfindən böyük maraqla qarşılaşdır.
Müsahibənin ardınca ‘’Kapaz’’ nəşriyyat evinin əməkdaşı Asiya Məmmədova tərəfindən tərcümə olunmuş ‘’Şübhəsiz Metamorfoz’’ kitabının iştirakçılar imzalanma mərasimi keçirilib və yazıçı həmçinin onların çoxsaylı fərdi suallarını cavablandırıb.
Sonda "Balkan 7/8 Trio” qrupunun hazırladığı, Azərbaycan və Balkan musiqilərindən ibarət konsert proqramı ifadə olunub. Qeyd olunmalıdır ki, Çingiz Abdullayevin Fransada çap edilmiş sayca səkkizinci kitabı olan "Şübhəsiz Metamorfoz’’u ‘’Kapaz’’ nəşriyyat evinin sayəsində artıq Fransanın əksər bölgələrindəki kitabxanalardan, habelə internet vasitəsi ilə əldə etmək mümkündür.
banner

Oxşar Xəbərlər