• cümə, 29 Mart, 16:03
  • Baku Bakı 14°C

Sübhan Köçərli Azərbaycan qarmon ifaçılığında yenilik edib

02.03.17 18:01 4396
Sübhan Köçərli Azərbaycan qarmon ifaçılığında yenilik edib
Gənc qarmon ifaçısı Sübhan Köçərli Azərbaycan qarmon ifaçılığında yenilik edərək əsərlərin tam həcmdə sol əlin fərqli partiturada müşayiəti ilə ifasının mümkünlüyünü həyata keçirdib.

İfaçı "Kaspi”-yə açıqlamasında bildirdi ki, uzun müddətdir ki, gərgin hazırlıq proseslərindən sonra yeni bir uğur əldə edib: "Bu təkcə mənim yox eyni zamanda Azərbaycan qarmonunun uğurudur. Belə ki, mən Azərbaycan qarmonunda ilk dəfə olaraq tam həcimdə əsərlərin sağ və sol əlin eyni vaxtda fərqli partiturada ifanın mümkünlüyünü əldə edə bildim. Bu isə Azərbaycan qarmonunda beynin sağ və sol yarımkürələrinin eyni vaxtda işləməsinin mümkünlüyünü göstərir. Bizim qarmonumuzun imkanlarını nəzərə alaraq deyim ki, bu prosesi həyata keçirmək bir o qədər də asan məsələ deyil. Qulaq asanda insanda iki alətin eyni vaxtda fərqli musiqilər ifa edirmiş kimi təəssürat yaradır. Reallıqda isə bir Azərbaycan qarmonunda ifa olunur. Bu Azərbaycan qarmonunun imkanlarını daha da genişləndirmək deməkdir. Təbii ki, bu işin üstün tərəfləri çoxdur”.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər