• cümə axşamı, 25 aprel, 13:17
  • Baku Bakı 23°C

Subaşiçi cəzalandırdılar, Yunisoğlu qolunu itirdi

04.11.13 08:52 1301
Subaşiçi cəzalandırdılar, Yunisoğlu qolunu itirdi
Türkiyə çempionatının I liqasında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, aşağı dəstədə legioner həyatı yaşayan 7 futbolçumuzun çıxış etdiyi klublar da növbəti matçlarına çıxıblar.
Autsayderlər qrupunda qərarlaşan “Kahramanmaraşspor”la “Tavşanlı Linyitspor”un qarşılaşmasında 5 qol vurulub. Birincilər öz meydanında 4:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin şərəfini qoruyan Fərid Quliyev, qonaqların 2 üzvü Andrey Popoviçlə Usim Nduka “üçlüy”ündən heç biri “18-liy”ə düşməyib.
Davud Kəriminin heyətinə düşə bilmədiyi “Fəthiyəspor” da səfərdə darmadağın olub. Qapıçımızın oynamadığı görüşdə “Manisaspor” qonaqları 5:1 hesabı ilə məğlub edib. Arif İsayevlə Saşa Yunisoğlunun çıxış etdiyi “Dənizlispor” səfərdə “Karşıyaka”dan üstün olub – 1:0. İsayevin “18-liy”ə düşmədiyi qarşılaşmada Saşa 90 dəqiqə meydanda olub. Hətta bəzi mənbələr son dəqiqədə vurulan qələbə qolunu da onun vurduğunu iddia edir. Lakin əksər türk mənbələri topu Barışın hesabına yazıb.
Çempionatın lideri “Orduspor” öz meydanında “Adanadəmirspor”u məğlub edib – 3:1. 90 dəqiqə meydanda olan Branimir Subaşiç sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, 10 oyunda 25 xal toplayan Ordu təmsilçisi liderliyini davam etdirir. Təmsilçilərimizin çıxış etdiyi digər 4 komanda isə son pillələrdə qərarlaşıb.
banner

Oxşar Xəbərlər