• cümə, 29 Mart, 03:36
  • Baku Bakı 7°C

Suares Messinin bacarmadığını etdi

22.01.18 11:35 852
Suares Messinin bacarmadığını etdi
İspaniya çempionatının 20-ci turunda "Barselona” "Betis”i darmadağın edib - 2:0.
Kaspi.az xəbər verir ki, Luis Suares bu qarşılaşmada dubl edib. Bununla da uruqvaylı futbolçu "Barsa”da vurduğu qolların sayını 100-ə çatdırıb. O, La Liqada 100 qol vuran 5-ci "Barsa”lı olub.
Suares bu göstərici ilə klub tarixinə də düşüb. O, 100 qolu cəmisi 114 oyunda vurub ki, bu da klub tarixinin ən yaxşı göstəricisidir.
Buna qədər ən yaxşı göstərici Samuel Etoya məxsus idi. Eto 100 qolu 130 oyunda vurmuşdu. Messi isə bu göstəriciyə 154 oyunda çatıb. Ladislav Kubala 132, Sesar isə 159 oyunda 100 qol vurmağı bacarmışdılar.
banner

Oxşar Xəbərlər