• cümə, 19 Aprel, 14:53
  • Baku Bakı 25°C

Su quyusuna düşən qadını xilas etdilər

24.07.13 09:28 1152
Su quyusuna düşən qadını xilas etdilər
Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən məlumat verilib.
Məlumata görə, şəhərin Füzuli küçəsindəki fərdi mənzildə yaşayan 1995-ci il təvəllüdlü Xoşqədəm Akif qızı Əliyeva ötən gecə saat 3.00 radələrində ehtiyatsızlıqdan həyətlərindəki su quyusuna düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar. Təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə onlar X. Əliyevanı quyudan çıxarıblar. Zərərçəkmişə müvafiq tibbi yardım göstərilib, hazırda onun vəziyyəti qənaətbəxşdir.
banner

Oxşar Xəbərlər