AZE | RUS | ENG |

Su Qrafton dünyasını dəyişdi

Su Qrafton dünyasını dəyişdi
Ötən ilin Amerika ədəbiyyatı üçün ən ağır xəbərlərindən biri ilin lap son günlərində gəldi. Amerika dedektiv ədəbiyyatının ən uğurlu imzalarından, demək olar ki, janrı üzrə verilən bütün nüfuzlu ədəbi mükafatlara sahib olmuş 77 yaşlı yazıçı Su Qrafton dünyasını dəyişdi. "New-York Times”-da yer alan xəbərə görə, dekabr ayının 29-u səhər saatlarında dünyasını dəyişən xanım yazarın ölüm xəbərini mətbuata qızı Ceymi Klark təsdiqləyib. "Böyük məbləğlər təklif olunmasına baxmayaraq, romanlarının ekranlaşdırılmasına əsla icazə vermədi. Ekranlaşdırılan əsərlərin ədəbiyyatdan getdiyini düşünürdü. Qocaldığı üçün yazmaq sürəti azalmışdı. Xəstəlik də bir xeyli çətinləşdirmişdi Sunun işini. Onun üçün bir yığıcı tutmaq istədik. Ona da razı olmadı. Bu dərin duyğu ilə bağlı bizə heç nə deməzdi, yəqin ki, anlaşılmamaqdan qorxurdu. Sevimli Su… Mənim üçün əlifba artıq "Y” hərfi ilə bitir” – bu sözləri mərhum yazarın qızı mətbuata verdiyi açıqlamada deyib.
Əlifbanın bütün hərflərindən silsilə romanlarına ad vermiş yazar uzun müddətdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı. "Alibinin A-sı” ("A for Alibi”) adlı romanı ilə ilk dəfə 1982-ci ildə Amerika ədəbiyyatına qədəm qoyan və elə debüt əsəri ilə diqqət toplayan xanım Qrafton Kaliforniya ştatının, Santa Barbara əyalətində ailəsiylə yaşadığı evdə həyata gözlərini yumub. Ötən il avqust ayında əlifbanın sondan ikinci hərfi ilə adlandırdığı "Dünənin adı” ("Y for yesterday”) romanı yayımlanarkən artıq tələsməli olduğunu hiss etdiyini açıqlayan yazar əlifbasını sonlandıra bilmədi.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000