• çərşənbə axşamı, 23 aprel, 16:34
  • Baku Bakı 24°C

“Ştutqart”ın bazasında bomba tapıldı

22.09.17 16:40 1468
“Ştutqart”ın bazasında bomba tapıldı
Almaniya Bundesliqasının təmsilçisi "Ştutqart”ın bazasında bomba tapılıb.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Almaniyanın "Bild” nəşri yayıb. Xəbərdə bazadakı meydançalardan birinin ot örtüyü dəyişdirilən zaman ikinci dünya müharibəsi dövrünə aid bomba aşkarlandığı qeyd edilib. Mütəxəssislər hadisə yerinə gələrək, 50 kq çəkisi olan mexaniki bombanı zərərsizləşdiriblər.
Xatırladaq ki, 2009-cu ildə, "Ştutqart”ın ev oyunlarını keçirdiyi "Marsedes-Bents Arena”nın bərpası zamanı stadionun ərazisində 34 bomba aşkarlanmışdı.
banner

Oxşar Xəbərlər