• cümə axşamı, 25 aprel, 12:24
  • Baku Bakı 23°C

Strateji yol xəritəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

18.08.17 15:25 1222
Strateji yol xəritəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Prezidenti yanında Bilik Fondunun "Sosial-iqtisadi maarifləndirmə” Proqramı üzrə Astara Rayon İcra Hakimiyyəti və Astara Bilik Evinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Bilik Fondundan Trend-ə verilən məlumata görə, görüşdə yerli ziyalılar, sahibkarlar, din xadimləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Mərkəzlə tanışlıqdan sonra tədbiri giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, Astara Bilik Evinin direktoru Yasəmən Rəsulova son illər ölkədə aparılan sosial-iqtisadi islahatlar, Bilik Fondunun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev iştirakçılara "Müstəqillik illərində Azərbaycan dövlətinin investisiya siyasəti: strateji yol xəritəsi kontekstində” mövzusunda mühazirə deyib. Azərbaycanın dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanındığını deyən professor Strateji yol xəritələrinin Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun sürətli inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutan mühazirəçi qeyd edib ki, bu strateji konsepsiyalar iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla «Heydər Əliyev islam həmrəyliyi ideyasının banisidir” mövzusunda dediyi məruzədə islamda həmrəyliyin və vəhdətin əhəmiyyətindən danışıb, dini radikalizmə və ekstremizmə qarşı mübarizədə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan islam həmrəyliyi ideyasının rolunu xüsusilə diqqətə çatdırıb.
Səmimi şəraitdə keçən görüşdə mühazirəçilər iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Sonra Bilik Fondunun hədiyyə etdiyi kitablar Astara gənclərinə təqdim olunub.
banner

Oxşar Xəbərlər