• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

Strateji Yol Xəritəsi: aqrar sahədə tədbirlərin cəmi 11%-i icra olunub

02.10.17 16:00 1640
Strateji Yol Xəritəsi: aqrar sahədə tədbirlərin cəmi 11%-i icra olunub
"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 11%-i icra olunub, 40%-nin icrasına başlanılıb, 49%-nin icrasına isə ümumiyyətlə başlanılmayıb.
"APA-Economics" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, maliyyəyə çıxışın asanlaşdırılması üzrə icra olunan tədbir yoxdur. Buna baxmayaraq, tədbirlərin 46%-nin icrasına başlanılıb, 54%-i icra olunmayıb.
Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi üzrə icra olunan tədbir yoxdur. Tədbirlərin 38%-nin icrasına başlanılıb, 62%-i icra olunmayıb.
Kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi üzrə də hələlik hədəflərə nail olmaq mümkün olmayıb. Belə ki, cari ilin ilk yarısında tədbirlərin 55%-nin icrasına başlanılıb, 45%-i icra olunmayıb.
Əsas icraçı qurumların performansına gəlincə,Maliyyə Nazirliyi1 tədbirə məsul idi ki, cari ilin ilk yarısında o tədbiri icra edib.
Qurumların performansı fotoda detallı qeyd edilib.
banner

Oxşar Xəbərlər