• cümə axşamı, 25 aprel, 20:04
  • Baku Bakı 21°C

Strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açılır

20.11.18 15:45 393
Strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açılır
Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri bu ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
AZƏRTACxəbər verir ki, BELTA informasiya agentliyi, "Belarus seqodnya” qəzetinin rəsmi saytı Prezident İlham Əliyevin səfərinə dair 40-a yaxın məqalə yayıb. "Sputnik” agentliyi, "Komsomolskaya Pravda”, "Arqumentı i faktı” "Narodnaya qazeta”, "Respublika” qəzetləri, "Belarus 1”, "NTV Belarus” və digər telekanallar, yazılı mətbuat orqanları dövlətimizin başçısının Belarusa səfərinin əhəmiyyəti barədə geniş məlumatlar yayıblar.
Qeyd edilib ki, bu səfər iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır. Yayılan məqalə və süjetlərdə Azərbaycan-Belarus əməkdaşlığından, strateji xarakter daşıyan tərəfdaşlıqdan, əlaqələrin genişləndirilməsində Prezident İlham Əliyevin xidmətlərindən, iki ölkə arasında olan dostluq, qarşılıqlı hörmət və dəstəkdən bəhs edilir.
banner

Oxşar Xəbərlər