• şənbə, 20 Aprel, 03:49
  • Baku Bakı 15°C

Strateji səviyyədə əməkdaşlığın bariz nümunəsi

21.11.18 12:00 443
Strateji səviyyədə əməkdaşlığın bariz nümunəsi
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir.
Trend-in məlumatına görə, bunu Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Müdafiə naziri bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir:
"Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".
banner

Oxşar Xəbərlər