Strasburq Universitetinin dosenti ADU-da kurs keçir
Azərbaycan Dillər Universitetinin (ADU) Fransanın
Strasburq Universiteti ilə əməkdaşlığı çərçivəsində 13 mart tarixindən etibarən
Strasburq Universitetinin dosenti Selin Benənjent tərəfindən Fransız dilinin
leksikologiyası fənni üzrə xüsusi kurs keçirilir. Fransız dili kafedrasının
professor-müəllim heyəti üçün nəzərdə tutulan kursdan əlavə dosent II kurs tələbələrinə
də Nitq praktikası fənnini tədris edir.
Kursun Erasmus+ müəllimlərin təcrübə mübadiləsi
proqramı çərçivəsində 17 mart tarixinə kimi keçirilməsi nəzərdə tutulub. Kursun
sonunda müəllimlərə müvafiq ixtisasartırma üzrə sertifikatlar təqdim olunacaq.