• cümə axşamı, 25 aprel, 00:50
  • Baku Bakı 19°C

Stoltenberq: “Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır"

25.11.16 09:27 1058
Stoltenberq: “Rusiya NATO-nun genişlənməsi ilə barışmalıdır"
RusiyaNATO-nun genişlənməsi ilə barışmalıdır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunuNATO-nun baş katibi Yens Stoltenberq Oksford universitetində çıxışı zamanı deyib.
"NATO-nun addımları müdafiə və proropsional xarakter daşıyır, biz yeni soyuq müharibə istəmirik, Rusiya ilə münasibətlərin gərginləşməsini arzulamırıq”, - deyə o qeyd edib.
Baş katibNATO-nun Şərqi Avropada gücləndirilməsini "müharibənin qarşısını almaq məqsədi ilə Rusiyanı dayandırmaq siyasəti” əlaqələndirib: "Bununla belə, Alyans Moskva ilə siyasi dialoq imkanını hələ də açıq saxlayıb”.
Stoltenberq Rusiyanı sakitləşməyə vəNATO-nun genişlənməsi ilə barışmağa çağırıb: "Mən anlamıram, Rusiya nə üçün Mərkəzi və Şərqi Avropada yeni müttəfiqlərinin yaranması ilə əlaqədarNATO-nun genişlənməsini təxribat hesab edir?”.
Onun sözlərinə görə, Alyans şərqə doğru genişlənmir, sadəcə, Polşa, Estoniya, Litva, Latviya, Macarıstan quruma üzvlüklə bağlı müraciət ediblər. "Rusiya sakitləşməli və qonşularının öz yollarını özlərinin seçdiyini qəbul etməlidir”, - deyə Stoltenberq.
Qeyd edək ki,NATO2017-ci ildə Baltikyanı ölkələr və Polşada 4 çoxmillətli batalyonlar yerləşdirməyi planlaşdırıb.
banner

Oxşar Xəbərlər