• şənbə, 27 Aprel, 04:34
  • Baku Bakı 14°C

Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”

12.07.18 11:50 399
Stoltenberq: “Gürcüstan NATO üzvü olacaq”
"GürcüstanNATO-nun üzvü olacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunuNATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdən sonra deyib.

Baş katib bildirib ki,NATOGürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: "NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur”.
Y. Stoltenberq qeyd edib ki, GürcüstanınNATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: "Dünən alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz GürcüstanınNATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik”.

G. Marqvelaşvili isə GürcüstanınNATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: "GürcüstanNATOilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır”.
banner

Oxşar Xəbərlər