• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

Starricin iti tapıldı

11.07.19 13:37 975
Starricin iti tapıldı
"Çelsi”nin və "Liverpul”un sabiq futbolçusu Daniel Starricin iti tapılıb.
Kaspi.az xəbər verir ki, Starricin "Los-Ancelesdəki evi qarət olunmuşdu. Oğrular qiymətli əşyalarla yanaşı, onun itini də aparmışdılar.
Starric sosial şəbəkədə yazmışdı ki, itini tapan şəxsə 33 min avro mükafat verəcək. Los-Anceles polisinin verdiyi məlumata görə, artıq it tapılıb və sahibinə qaytarılıb.
Məlumata görə, iti reper Killa Fame tapıb və sosial şəbəkədə Starricə bu barədə xəbər verib. İlkin versiyaya görə, qarətçilər iti küçəyə atıblar, reper də təsadüfən onu tapıb və polisə təhvil verib.
banner

Oxşar Xəbərlər