• cümə axşamı, 18 aprel, 12:52
  • Baku Bakı 22°C

Star NEZ-in neft qəbulu terminalı ilin sonuna hazır olacaq

13.09.16 13:04 1127
Star NEZ-in neft qəbulu terminalı ilin sonuna hazır olacaq
Türkiyədə Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-a məxsus Star neft-emalı zavodu neft qəbulu üzrə dəniz terminalının tikintisini ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu zavodun baş direktoru İbrahim Palaz jurnalistlərə deyib.
İ.Palaz bildirib: "2016-cı ilin sonuna qədər terminal üzrə bütün əsas işlər yekunlaşacaq və terminal hazır vəziyyətə gətiriləcək. Hazır neft məhsullarının yüklənməsi üçün nəzərdə tutulan digər iki terminal isə 2017-ci ilin sentyabrında istismata hazır olacaq".
Qeyd edək ki, Star neft-emalı zavodunda Azeri Light, Kerkuk və Urals kimi neft növlərinin emalı planlaşdırılır.
banner

Oxşar Xəbərlər