• şənbə, 20 Aprel, 02:15
  • Baku Bakı 15°C

“Stanislavski Elektroteatrı” Bakıda ilk dəfə qastrol səfərində olacaq

27.09.19 15:15 3322
“Stanislavski Elektroteatrı” Bakıda ilk dəfə qastrol səfərində olacaq
"Stanislavski Elektroteatrı” Bakıda ilk dəfə qastrol səfərində olacaq. Təşkilatçıların bildirdiyi məlumata görə iki tamaşa göstəriləcək və bu iki tamaşada məşhur rus aktrisasi Elena Morozova çıxış edəcək.
Tamaşaçılara ilk olaraq, "Puşkin + Yevgeni Onegin” monotamaşası göstəriləcək. Elena Morozova bütün Puşkin romanlarının qəhrəmanları adından çıxış edir.
Bakıda ilk dəfə "Stanislavskinin Elektroteatrı”nın qastrolları çərçivəsində, Yelena Morozovanın səhnələşdirdiyi "Mənim və anam haqqında” tamaşası təqdim olunacaq. Müasir dramaturq və prozaik Yelena İsayevanın pyesi əsasında hazırlanmış tamaşada anası ilə münasibətləri haqda xatirələrini paylaşan, artıq böyümüş bir qız tərəfindən danışılan hekayədən bəhs olunur. Anası Çay Donanması Nazirliyinin kino şöbəsində işləyən qızcığaz məktəbdə oxuyur və o anası ilə müştərək həyatlarında müxtəlif, dramatik və məzəli macəralar yaşayır. Ən sevimli gəlinciyini rəfiqəsinə vermək, ədəbiyyat dərsi üçün inşa yazmaq, anasının iş yerində yatan sərxoş rejissoru tutmaq — bütün bu hadisələr qəhrəmanın yaddaşında silinməz iz buraxıb. Bir qadının xatirələri vasitəsi ilə, tamaşaçılar həm də artıq mövcud olmayan bir ölkənin daha "böyük” tarixi haqda öyrənəcəklər. Elektroteatrın səhnəsində aktrisalar Yelena Morozova və Diana Rəhimova tamaşaçılara zərif və məzəli üslubda, bizə böyüməyin bütün əsrarəngizliyindən bəhs edəcəklər.
Yelena Morozovanın səhnələşdirdiyi ikinci tamaşa isə "Puşkin+"Yevgeni Onegin”dir. Öz monotamaşasında Yelena Morozova Puşkinin "Yevgeni Onegin” əsərinin bütün qəhramanlarını canlandırır və hamısının adından danışır. Qayğısız yuxarı təbəqə qadınlar, generallar, aşiq olmuş Tatyana və baş qəhramanın özü qarşımızda sanki həqiqətən canlanır: Yelena Morozova, ən yaxşı müasir "oxuculardan” biri kimi, materialın öhdəsindən ustalıqla gəlir və tamaşaçılara Puşkini "yeni qulaqla” eşitmək şansını verir.
banner

Oxşar Xəbərlər