• şənbə, 20 Aprel, 11:32
  • Baku Bakı 14°C

"Standard & Poor’s" Azərbaycan iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır

27.01.18 14:00 819
"Standard & Poor’s" Azərbaycan iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır
Növbəti 4 ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artımı orta hesabla 3,3 faiz təşkil edəcək.
Trend-in məlumatına görə, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Agentlik Azərbaycanın xarici və yerli valyutada qısamüddətli və uzunmüddətli suveren kredit reytinqini "BB+/B" səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz mənfidən stabilə dəyişib.
Bundan başqa "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağı ilə bağlı proqnozu da açıqlanıb.
Hesabatda qeyd olunur: "Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını proqnozlaşdırırıq".
Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il - 0,6 faiz, 2020-ci il - 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini proqnozlaşdırır:

"Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq".

banner

Oxşar Xəbərlər