• cümə axşamı, 25 aprel, 01:11
  • Baku Bakı 19°C

ÜST-ün koronavirus əleyhinə peyvənd təşəbbüsünə hazırda 64 ölkə qoşulub

22.09.20 12:00 463
ÜST-ün koronavirus əleyhinə peyvənd təşəbbüsünə hazırda 64 ölkə qoşulub
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus əleyhinə peyvənd təşəbbüsünə (COVAX) hazırda dünyanın 64 ölkəsi qoşulub.
AZƏRTACxəbər verir ki, müvafiq peyvənd hazır olduqdan sonra onun dünya üzrə ədalətli şəkildə paylanmasını maliyyələşdirməyə dair öhdəlik götürən ölkələr Avropanın əksər ölkələri yer alır. ÜST-ün mənzil qərargahından bildirilib ki, yaxın günlərdə daha 38 ölkənin bu təşəbbüsə qoşulacağı gözlənilir.
COVAX hazırda doqquz peyvənd maddəsi üzərində aparılan tədqiqatları dəstəkləyir. ÜST 2021-ci ilin sonunadək koronavirus əleyhinə effektiv peyvənd maddəsinin 2 milyard dozasını təqdim etmək niyyətindədir. Bunun üçün əsas şərt mümkün qədər qısa zamanda peyvənd maddəsinin hazır olması və onun rəsmi qeydiyyat prosesinin başa çatmasıdır. Beynəlxalq qurum bir şəxsə iki peyvənd dozasının vurulmasının lazım gələcəyi qənaətindədir.
COVAX bu proqramda iştirak edən hökumətlər və əczaçılıq konsernlərinin əməkdaşlığına əsaslanır. Bu proqram çərçivəsində bir tərəfdən koronavirusun yaratdığı COVID-19 xəstəliyinə qarşı effektiv peyvənd maddələri və dərman preparatlarının tədqiqatı sürətləndirilməli, digər tərəfdən isə effektivliyi yoxlanılmış peyvənd maddələrinin ilk növbədə dövlətlərin maliyyə imkanlarından asılı olmayaraq ona ehtiyacı olan yerlərdəki insanlara çatdırılmasını təmin etməlidir.
ÜST-ün məlumatına görə, indiyədək COVAX üçün üç milyard ABŞ dolları həcmində vəsait ayrılıb, lakin proqramın tam şəkildə hədəflərinə çata bilməsi üçün 38 milyard dollara ehtiyac var.
banner

Oxşar Xəbərlər