AZE | RUS | ENG |

ÜST: Soyuq zəncir prinsipinə əməl edilir

ÜST: Soyuq zəncir prinsipinə əməl edilir
Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab verir və onların əksəriyyəti Avropa ölkələrindən gətirilir. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Onun sözlərinə görə, Azərbaycana peyvəndlər UNICEF-in xətti ilə gətirilir və çoxu 1 dozalı olur. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmançı isə deyib ki, Azərbaycanda peyvəndlər soyuq zəncir prinsipinə uyğun olaraq çox düzgün qaydada saxlanılır: "Peyvəndlərlə bağlı hər kəsin üzərinə iş düşür. Valideynlər uşaqlarını vaxtında peyvənd etdirməli, səhiyyə işçiləri daha çox sayda insanların peyvənd edilməsi üçün iş aparmalıdır". H.Harmançı məlumat verib ki, peyvəndlər dünyada milyonlarla uşağın həyatını qoruyur: "Hazırda dünyada 18 xəstəlik peyvəndlərlə qoruna bilir. Bunlar sarı qızdırma, göy öskürək, qızılca, epidemik parotit, difteriya, pnevmakok və başqalarıdır".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805