• cümə, 29 Mart, 00:41
  • Baku Bakı 7°C

ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət edib

04.07.20 10:45 491
ÜST koronavirusun sürətlə yayıldığı ölkələrə müraciət edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna yoluxma hallarının yenidən artmağa başladığı ölkələrin sakinlərini evdən çöləimkan daxilində az çıxmağa çağırıb.
"Report"xəbər verir ki, bu barədə təşkilatın Kəskin Xəstəliklər Bölməsinin Texniki Qrupunun rəhbəri Maria van Kerkhove bildirib.
"Virusun artması və ya sürətlə yayılmasının mövcud olduğuölkələrdə hər kəs qarşısında seçim var. Hər kəs virusa yoluxduğu halda infeksiyanın daha da yayılmaması üçün nə etməli olduğunu bilməlidir. Siz də öz seçiminizi edə bilərsiniz. Həmin bölgələrdə olarkən sizə evdə qalmanızı deyirlərsə, evdə qalın. Çünki ön xətdə çalışanlar bunu edə bilmir. Bu məsələdə hamımız üzərimizə düşəni etməliyik”, - o qeyd edib.
banner

Oxşar Xəbərlər