• çərşənbə axşamı, 19 mart, 09:25
  • Baku Bakı 8°C

ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib

08.07.20 10:30 492
ÜST koronavirusun hava ilə ötürülməsini istisna etməyib
Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri COVID-19-un hava ilə ötürülməsinə yenidən münasibət bildirib.
"Report”un məlumatına görə, bu barədə təşkilatın texniki eksperti Bendetta Alleqrançi məlumat verib.
O, koronavirusun hava ilə ötürülməsini istisna etməyib: "Lakin bunun üçün bütün sübutlar araşdırılmalıdır. Bu günə qədər yeni infeksiyanın çox sayda insanın olduğu qapalı və zəif havalandırılan otaqlarda hava ilə ötürülə biləcəyi bilinir”-deyə, o bildirib.
Bundan əvvəl ÜST bəyan etmişdi ki, tərkibində koronavirus olan damcı kifayət qədər ağırdır, havada uzun müddət qalmır və ətrafdakı səthlərə düşür.
banner

Oxşar Xəbərlər