• cümə, 19 Aprel, 06:04
  • Baku Bakı 13°C

ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır

17.06.19 16:15 410
ÜST Ebola ilə mübarizə üçün vəsait axtarır
"Konqo Demokratik Respublikasında Ebola qızdırmasına qarşı tədbirlər üçün 50 milyon dollar vəsait lazımdır. Bu vəsait iyul ayının sonunadək tapılmalıdır".
"Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləriÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
O, dünya ictimaiyyətini müvafiq ehtiyatları vaxtında ayırmağa çağırıb:"Dünya ictimaiyyətinin bu epidemiyaya son qoymaq üçün maliyyə töhfəsinə ehtiyacımız var. ÜST-nin fevral-iyul ayları üçün cari ehtiyacları 98 milyon dollardan 43,6 milyonu bizə çatıb. Kəsirimiz 54 milyondur. Bütün tərəfdaşlarımızı bu kəsiri ən tez bir zamanda doldurmağa çağırırıq”.
banner

Oxşar Xəbərlər