• cümə, 19 Aprel, 09:47
  • Baku Bakı 13°C

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 120 mindən çox artıb

18.06.20 10:22 476
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 120 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 120 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
İyunun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 119 759 nəfər yeni koronavirusa yoluxub, 5 494 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 8 061 550, ölənlərin isə 440 290 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 3 899 859 yoluxma və 205 555 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 452 247, ölənlərin sayı isə 189 582 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 817 458 yoluxma və 18 057 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
banner

Oxşar Xəbərlər