• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır

15.05.20 10:21 654
ÜST Avropanı pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırır
Avropa ölkələri koronavirus pandemiyasının ikinci dalğasına hazırlaşmalıdırlar.
Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Klyuqe deyib.
H.Klyuqe bildirib: "Mən ikiqat dalğadan çox narahatam: payızda bizdə COVİD-19-un ikinci dalğası və daha bir - mövsümi qrip və ya qızılca dalğası ola bilər".
Avropa koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətləri yumşaldarkən diqqətli olmalıdır. Hazırda koronavirus pandemiyasının davam etməsinə baxmayaraq, Avropanın 43 ölkəsindən 32-si məhdudiyyətləri yumşaldır.
Direktor qeyd edib ki, izolyasiya koronavirusa əhəmiyyətli təsir göstərməyib, çünki buna qarşı vaksin və ya müalicə yoxdur.
banner

Oxşar Xəbərlər