• şənbə, 20 Aprel, 16:17
  • Baku Bakı 23°C

Şri-Lankada yenə PARTLAYIŞ oldu

25.04.19 10:08 362
Şri-Lankada yenə PARTLAYIŞ oldu
Səhər saatlarında Şri-Lankanın paytaxtı Kolombonun 40 kilometrliyində Puqoda rayonunda partlayış baş verib.
Trend-in məlumatına görə, ölən və yaralananlar barədə hələ məlumat yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, ərazi nəzarətə götürülüb.
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.
banner

Oxşar Xəbərlər