• cümə, 29 Mart, 19:51
  • Baku Bakı 14°C

Spirtli içki reklamında populyar şəxslərə qadağa

09.07.13 12:40 1600
Spirtli içki reklamında populyar şəxslərə qadağa
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Reklam haqqında” qanunda əksini tapıb.
Yeni qanunun 27.1.6-cı maddəsində göstərilir ki, cəmiyyətdə populyar olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirindən istifadə edilməsi qadağandır.
Qeyd edək ki, qanun layihəsi artıq Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iyunun 21-də keçirilən birgə iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Layihə Milli Məclisin payız sessiyasında plenar iclasda müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər