Spiker: "Azərbaycanda böyük əfv gözlənilir"
"Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”.
APA-nın məlumatına görə, bunuMilli Məclisin bu gün keçirilən iclasında spikerOqtay Əsədovdeyib.
"Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, - deyə o qeyd edib.